Bu il Azərbaycanın Türkiyəyə qeyri-neft sektoru üzrə ixracı 20%-dək artıb | Banco.az

Bu il Azərbaycanın Türkiyəyə qeyri-neft sektoru üzrə ixracı 20%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan cari ilin birinci yarısında Türkiyəyə 512,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 84,1 milyon dollar və ya 19,6% çoxdur.

Ötən ilin eyni dövründə Türkiyəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 428,4 milyon dollar təşkil edib. 

Hesabat dövründə Türkiyə Azərbaycanın ikinci əsas qeyri-neft idxalçısı olub.

Qeyd edək ki, Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (552,3 milyon dollar). 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et