Müəllif: Tamara Mustafayeva, Banco.az
“TikTok” platformaya mətn paylaşma funksiyası əlavə edəcək.
Banco.az xəbər verir ki, “Twitter”in mavi quş loqosunu dəyişərək "X" loqosuna keçməsi ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda “TikTok” platforması da funksiyalarını yeniləyib.
Belə ki, Çinin populyar qısa video-yayım tətbiqi “TikTok” artıq istifadəçilərinə foto və videolardan əlavə “Twitter”dəki kimi mətnləri də paylaşmaq imkanı təqdim etməyə başlayıb.
İstifadəçilər həmçinin səs, məkan və duetlərlə yazılara cavab vermək imkanı əldə edəcəklər.
Xatırladaq ki, “TikTok” bu ayın əvvəlində “Spotify” və “Apple Music” proqramları kimi musiqi axını xidmətini işə salmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!