Bu bankçılıq nəhəngi 2007-ci ildən bəri ən yüksək xalis mənfəətini əldə edib | Banco.az

Bu bankçılıq nəhəngi 2007-ci ildən bəri ən yüksək xalis mənfəətini əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Deutsche Bank” 2007-ci ildən bəri ən yüksək xalis mənfəətə imza atıb.

Banco.az xəbər verir ki, Almaniyanın ən böyük banklarından biri olan “Deutsche Bank” 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.

Məlum olub ki, bank daha yüksək faiz dərəcələrinin təsiri və yenidən qiymətləndirmədən əldə olunan vergi üstünlüyü nəticəsində ötən il 5,02 milyard avro xalis mənfəət qazanıb. Bu rəqəm 2007-ci ildən bəri ən yüksək illik xalis mənfəət kimi qeydə alınıb.

Sözügedən dövrdə “Deutsche Bank” qrupunun xalis gəliri də 7 faiz artaraq 27,2 milyard avroya çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bankın ötən 11 il ərzində ardıcıl 3 il mənfəət elan etməsi də diqqətdən yayınmayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et