Müəllif: Tamara Mustafayeva, Banco.az
Tədqiqatçıların fikrincə, iri şirkətlər Rusiyanı tərk etmək vədlərinə əməl etməyiblər.
Banco.az xəbər verir ki, Yale Universitetində Rusiya bazarını tərk etmək öhdəliyi götürmüş şirkətlərin rəftarları ilə bağlı aparılan araşdırmada məlumatlı şəxslərdən, sahə mütəxəssislərindən, Rusiyada fəaliyyət göstərən tələbələrdən əldə edilən məlumatlar, o cümlədən şirkət sənədləri və mətbuatdan istifadə edilib.
Yale Universitetinin professoru Ceff Sonnenfeld bildirib ki, Niderlandin pivə istehsalçısı “Heineken”, İngiltərənin istehlak brendi “Unilever”, ABŞ-ın qəlyanaltı istehsalçısı “Mondelez International” və tütün brendi “Philip Morris” kimi şirkətlər vədlərini yerinə yetirməyiblər.
Sonnenfeld, bu şirkətlərin qanunları olmasa da əxlaqi qaydaları pozduğunu vurğulayaraq öz markalarına zərər verdiklərini iddia edib.
Xatırladaq ki, sözügedən şirkətlər Rusiya-Ukrayna müharibəsinin başlamasından qısa müddət sonra müxtəlif üsullarla Rusiya bazarını tərk edəcəklərini elan etsələr də, hələ də ölkədə ticarət fəaliyyətlərinə davam etdikləri iddia edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!