Beynəlxalq Valyuta Fondu qlobal inflyasiya proqnozunu artırıb | Banco.az

Beynəlxalq Valyuta Fondu qlobal inflyasiya proqnozunu artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Beynəlxalq Valyuta Fondu (BVF) 2024-cü il üçün qlobal inflyasiya proqnozunu artırıb.

Banco.az xəbər verir ki, Fondun hesabatına əsasən, dünyada istehlak qiymətlərinin orta artım tempi əvvəllər gözlənilən 5,2 faizə qarşı 5,8 faiz təşkil edəcək.

BVF hesab edir ki, gələn il əksər ölkələrdə inflyasiya səviyyəsi yerli mərkəzi bankların müəyyən etdiyi hədəflərdən yuxarı qalmağa davam edəcək.

Ekspertlər xəbərdarlıq ediblər ki, ortamüddətli perspektivdə bu amil qlobal ümumi daxili məhsulun (ÜDM) onsuz da aşağı olan artım templərini zəiflədə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram