Bankların ümidsiz aktivlərinin balansdan silinməsi qaydası dəyişib | Banco.az

Bankların ümidsiz aktivlərinin balansdan silinməsi qaydası dəyişib

Bank tərəfindən ümidsiz aktivlərin balansdan silinməsi Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin təqdimatına əsasən Müşahidə Şurasının qərarı ilə həyata keçiriləcək.

Yenilik Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə qəbul edilən “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda nəzərdə tutulub.

Bununla yanaşı, ümumi məbləği 20 min manatadək həm milli, həm də xarici valyutada olan ümidsiz aktivlərin balansdan silinməsi səlahiyyətləri Müşahidə Şurası tərəfindən İdarə Heyətinə həvalə edilə bilər. Bu eynilə Qaydanın 9-cu maddəsində müəyyən edilmiş ümidsiz aktivlərə də şamil edilir.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et