Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan 2026-cı ilin yanvar-iyul aylarında 8 milyard 32 milyon 903 min ABŞ dolları dəyərində 12 milyon 722 min 591 ton neft ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Azərbaycanın neft ixracından gəlirləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,9% artıb, neftin həcmi isə 12,1% azalıb.
Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 41,5% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
