Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 29 milyard 216 milyon ABŞ dolları olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,3% çoxdur.
Son 1 ildə Azərbaycanın ixracı 27% artaraq 19 milyard 336 milyon ABŞ dollarına, idxalı isə 27,4% azalaraq 9 milyard 881 milyon ABŞ dollarına enib.
Nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!
