Ferrari-nin ilk elektrikli modeli hərracda rekord qiymətə satıldı | Banco.az

Ferrari-nin ilk elektrikli modeli hərracda rekord qiymətə satıldı

Müəllif:Mehin Qasımova,Banco.az

Ferrari-nin ilk tam elektrikli modeli "Luce" hərracda rekord qiymətə satılıb.

Banco.az xəbər verir ki, avtomobilin ilk istehsal nümunəsi ABŞ-ın Monterey şəhərində keçirilən Sotheby’s hərracında 40 milyon dollara alınıb.

“Şassi 0” adlandırılan avtomobil yeni "Ferrari" modelinin ilk seriya nümunəsidir və xüsusi xatirə lövhəsi ilə təltif olunub.

Satışdan əldə edilən 40 milyon dolların tamamı xeyriyyə məqsədlərinə yönəldiləcək.

Bu satış hərrac tarixində yeni avtomobil üçün ödənilən ən yüksək məbləğ hesab olunur.

Beləliklə, Ferrari-nin elektrikli gələcəyini təmsil edən ilk model həm avtomobil sənayesi, həm də kolleksiya bazarı üçün tarixi rekorda imza atıb.