Bank sistemləri departamentinin aparıcı eksperti
Əsas vəzifə və öhdəliklər
o Riyazi modellər və alqoritmlər əsasında qoyulan tapşırıqların yerinə yetirilməsini təmin edən proqramların işlənib hazırlanması
o Məsələnin həlli alqoritminin proqramlaşdırma dilinə keçirilməsinin, proqramların sazlanmasına hazırlıq işlərinin və sazlanmanın həyata keçirilməsi
o Proqramların onların funksional təyinatına uyğunluğunun tam şəkildə yoxlanması üçün yoxlama nümunələri verilənlərinin həcm və məzmununun müəyyən edilməsi
o İstifadəyə verilmiş proqram və proqram vasitələrinin müşaiyətinin həyata keçirilməsi
o Proqram arxitekturasının işlənib hazırlanması
Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu
Seçim meyarları
o Ali təhsil (informasiya texnologiyaları sahəsi üstünlükdür)
o Azərbaycan dili və rus dili üzrə əla, ingilis dili üzrə yaxşı səviyyədə biliklər
o PL/SQL proqramlaşdırma dili, ORACLE DATA BASE üzrə bacarıqlar
o Java proqramlaşdırma
o Problemə yönəlik anatilik düşünmə tərzi
İş şərtləri
o İş yeri: Əməliyyat Mərkəzi
o İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Bank sistemləri departamentinin aparıcı eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun.