Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-mart aylarında Azərbaycan 24.4 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Bu, illik müqayisədə 16.2 milyon dollar və ya 39.9% azdır.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, 2024-cü ilin ilk rübündə ayında elektrik enerjisi ixracının ümumi dəyəri 40.6 milyon dollara bərabər olub.
Qeyd edək ki, martda ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (25 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (17.8 milyon ABŞ dolları) ikinci, pambıq (15.9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!