Azərbaycanda investisiya üçün münbit şərait.
Ümumiyyətlə İnkişaf etmiş ölkələrdə zaman-zaman iqtisadi boşluqlar dolduruldurduğuna görə, iqtisdiyyatın idarəedilməsi, büdcənin proqnozlaşdırılması, vergilərin tənzimlənməsi, bazara və valyutaya nəzarət çoxda çətin olmur. Lakin inkişaf etməkdə olan ölkələr üçün vəziyyət fərqlidir. Belə ki, hər bir sahədə mövcud həllini gözləyən əksikliklər, dövlət olaraq inkişaf xarakterli büdcə layihələrinin hazırlanmasından tutmuş stabilləşdirici həm də gəlirli vergi tənzimləmələrinə kimi diqqətli analizlər aparmalıdır. İqtisadi inkişaf üçüb müxtəlif tədbirləri həyata keçirməlidir.
İnvestisiya da bu cür tədbirlər aiddir ki, xarici investorların cəlb edilməsi ölkədə maliyyə, infrastruktur, məşgulluq və digər dinamik artımlarda yer alaraq ümumi mənfəətdə pay sahibi olurlar.
Aşağıda qeyd etdiyim çıxış və müsahibələr də ölkə olaraq investorlara münbit şəraitin yaradılması ilə əlaqədar tədbirlərin bir hissəsini görmək mümkündür.(müsahibələrin adlarını google’da axtarış verib daha yaxından araşdıra bilərsiniz)
- Xarici iş adamlarının Azərbaycanda daha səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılır. Xarici sahibkarlarla görüşdə Azərbaycan prezidentini Heydər Əliyevin yekun nitqi.
H.Əliyev 15.05.2002 [12:00]
- Azərbaycan-Britaniya Biznes Şurasının (ABŞ) Londonda keçirilən təsis iclası.
Britaniya tərəfdən Şuranın həmsədri Lord Hauel [22 Sentyabrın 2009]
- Biznesinfo.az-n İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Gülşən Rzayeva ilə müsahibəsi.
Gülşən Rzayeva [01.05.2012]
- Vergi yükünün azaldılması xarici sərmayələrin cəlb olunmasına xidmət edir.
Elbrus CƏFƏRLİ [ 26 Aprel, 2018]
Türkiyənin Dünyada Ölkələrində İnvestisiya Payı.
Martda 2017 sonuna müqayisədə Türkiyənin xarici varlıqları yüzdə 1,1 artaraq 230,5 milyard dollar, öhdəlikləri isə yüzdə 1,4 azalaraq 674,2 milyard dollar səviyyəsində reallaşdı.
(istinad: Türkiye Cumhuriyet Merkez Bankası (TCMB) tarafından Mart 2018 UluslararasıYatırım Pozisyonu)
Türkiyənin ən çox sərmayə qoyduğu ölkələr Niderland, Azərbaycan, Malta, Almaniya, ABŞ, Lüksemburq, Qazaxıstan və İngiltərədir.
Türkiyə ilə Azərbaycan arasındalı idxal və ixrac əməliyyatının göstəriciləri:
Əməliyyatın növü |
2011 |
2012 |
2014 |
İDXAL |
1302640,5 |
1463804,78 |
1286641,31 |
İXRAC |
455760,98 |
525985,86 |
502492,84 |
Dövlət Statistika Komitəsi.
Bu kimi xronologiya, illər üzrə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) jurnallarında əks olunub. 2018-ci il üçün olan buraxılışın linki: http://atib.az/Say33.pdf
Azərbaycanın neft-qaz ilə əlaqədar türkiyənin payının olduğu layihələr:
- Bakı-Tiblisi-Ceyhan -- 6.15%
- Azəri-Çıraq-Günəşli – 6.75%
- Şahdəniz – 9%
- Kürdaşı – 5%
- Araz-Alov-Şərq – 10%
Azərbaycan Respublikasının Türkiyə ilə əməkdaşlıq da xüsusi mexanizmlər.
- Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası,
- Azərbaycan– Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya,
- Kənd Təsərrüfatı İcra Komitəsi,
- Quru Nəqliyyatı Birgə Komissiyası,
- Gömrük Məsələləri üzrə Birgə Komitə
Hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 3 minə, Türkiyədə isə Azərbaycan investisiyalı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları 11, Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə 9 milyard ABŞ dollarıdır.(2017)
Fuad VAHABZADƏ, banco.az