Qızılın qiyməti yenidən rekord həddə çatdı | Banco.az

Qızılın qiyməti yenidən rekord həddə çatdı

Qlobal qızıl qiymətləri hər gün bahalaşmaqda davam edir.

Banco.az xəbər verir ki, ötən gün ilk dəfə bir troya unsiyası üçün 4100 dolları ötdükdən sonra oktyabrın 16-da qızıl 4250 dolları ötüb. Rekord həddi 4254,80 dollar olub.

Son günlər qiymətli metal qiymətlərindəki ardıcıl artım ABŞ və Çin arasında artan ticarət gərginliyi fonunda davam edir .

Konkret olaraq, dünən bir daha Pekindən idxal olunan mallara üçrəqəmli tariflərin tətbiqindən danışan ABŞ prezidenti Donald Tramp Çinlə ticarət müharibəsi elan edib .

ABŞ hökumətinin ziddiyyətli bəyanatları dolları zəiflətməkdə və qızıl qiymətlərini yüksəltməkdə davam edir.