"Nestle" 16 min işçisini ixtisar edəcək | Banco.az

"Nestle" 16 min işçisini ixtisar edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

Məşhur qida nəhəngi "Nestle" iki il ərzində 16 min iş yerini ixtisar etməyi planlaşdırır. 

Banco.az xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, bu addım xərclərə qənaət və fəaliyyətin səmərəliliyinin artırılması məqsədi daşıyır. 

Bu, qlobal işçi qüvvəsinin təxminən 6 faizinə bərabərdir.

"Nestle" həmçinin qənaət hədəfini 2027-ci ilin sonuna kimi əvvəlki 2,5 milyard İsveçrə frankından 3 milyard franka (təxminən 3,7 milyard dollar) qaldırıb.