Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 235,8 milyon manat investisiya qoyulub.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,8 % azdır.
Təkcə sentyabrda sektora investisiya qoyuluşu 24,8 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,9 % çoxdur.
Hesabat dövründə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun 1,8 %-i informasiya və rabitə sektorunun payına düşüb.
Xatırladaq ki, 2024-cü ildə sektora investisiya qoyuluşu 630,4 milyon manat olub. Bu, 2023-cü illə müqayisədə 59,5 % çoxdur.