Azərbaycan bu il 17 milyon tona yaxın neft ixrac edib | Banco.az

Azərbaycan bu il 17 milyon tona yaxın neft ixrac edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 8 milyard 938 milyon 864 min ABŞ dolları dəyərində 16 milyon 996 min 208 ton neft ixrac edib.   

Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 

Azərbaycanın neft ixracından gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,8%, neftin həcmi isə 3,5% azalıb.

Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 48,04% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram