Azərbaycanda Rusiya rublunun məzənnəsi 4 illik fasilədən sonra 3 qəpiyi keçib | Banco.az

Azərbaycanda Rusiya rublunun məzənnəsi 4 illik fasilədən sonra 3 qəpiyi keçib

Azərbaycan Mərkəzi Bankı 4 illik fasilədən sonra Rusiya rublunun məzənəsini 0,03 manatdan yüksək müəyyən edib.

Bu günə 1 rubl 0,0307 manata bərabərdir.

Sonuncu dəfə rublun məzənnəsi 2018-ci il martın 6-da 3 qəpikdən yüksək (0,0301 manat) müəyyən olunub.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra qonşu ölkəyə qarşı tətbiq olunmuş kəskin sanksiyalar fonunda bu ölkənin milli valyutası kəskin dəyər itirib. Rusiya Bankının (Mərkəzi Bank) və Maliyyə Nazirliyinin inzibati nəzarət alətləri nəticəsində rublun məzənnəsi müharibədən əvvəlki səviyyəyə qaytarılıb.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et