"Ölkəmizdə innovasiyalar və investisiyalarla bağlı yeni qanunlar hazırlanır. Hesab edirəm ki, bu qanunlar həmin sahələrə marağı artıracaq".
Bunu "Microsoft" Korporasiyasının Bakıda təşkil etdiyi İnnovasiya Forumunda çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
E.Vəlizadənin sözlərinə görə, martın 1-dən yeni qrant müsabiqəsi elan ediləcək: "Martın 1-dən aprelə kimi siz də öz təkliflərinizi müsabiqəyə təqdim edə bilərsiniz".
Report.az