Azərbaycanda bu sığorta şirkətlərinin ödənişləri artıb | Banco.az

Azərbaycanda bu sığorta şirkətlərinin ödənişləri artıb

Bu ilin yanvar-iyul aylarının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb, 4-nün ödənişləri azalıb, 3 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”, “Xalq Həyat Sığorta” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin eyni dövründə ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Naxçıvan Sığorta” ASC-dir. Bu şirkət 7 ay ərzində  178 min  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 23,6 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “PAŞA Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 35,114 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,8% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Qala Həyat Sığorta" ASC-dədir. Bu şirkət 7 ay ərzində 1,51 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 7% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “İpək Yolu Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 43,5% azalaraq 1,195 milyon manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et