“Azərbaycana bəzi qida məhsullarının ixracı qadağası müvəqqətidir” | Banco.az

“Azərbaycana bəzi qida məhsullarının ixracı qadağası müvəqqətidir”

Qarşılıqlı milli valyuta ilə ödənişlər mümkün olacaq. Bu, Moskva Bəyannaməsində də öz əksini tapıb.

Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiyadan Azərbaycana bəzi qida məhsullarının ixrac qadağası müvəqqətidir və bir neçə aya bu qadağa aradan qalxacaq. Səfir bildirib ki, tərəvəzlərin ixracına qoyulan qadağalar ləğv edilib.

Səfir vurğulayıb ki, Rusiya və Azərbaycan arasında aviareyslər bərpa olunur.

“Biz Azərbaycandan xahiş etdik ki, Rusiya aviaşirkətləri uçuş həyata keçirə bilsinlər”, - o qeyd edib.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et