Sosial şəbəkələrin Azərbaycan və dünya üzrə bazar payı açıqlanıb. Həm ölkəmizdə, həm də qlobal miqyasda ən çox bazar payı Facebook şirkətinə məxsusdur. Azərbaycanda 37.35% bazar payı olan Facebook dünya üzrə 74.58% paya sahibdir.
Bu barədə Global Stats analitik şirkəti məlumat yayıb.
Məlumata əsasən, ölkəmizdə 27.02%, dünyada isə 11.59% payla ikinci sırada Pinterest gəlir. Daha sonra 16.98%-lə YouTube (dünya üzrə 3.98%), 10.53%-lə Instagram (dünya üzrə 1.58%), 3.54%-lə isə Twitter (dünya üzrə 6.88%) gəlir.
ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!