Azərbaycan dövlət büdcəsinin gömrük daxilolmaları azalıb | Banco.az

Azərbaycan dövlət büdcəsinin gömrük daxilolmaları azalıb

Ən yüksək azalma isə aksizlər üzrə qeydə alınıb

 Cari ilin yanvar ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 103 626,66 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,12% azdır.

Ən sərfəli kredit üçün müraciət et

"Report"un Komitəyə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 26,6% azalaraq 23 442,44 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 17,6% artaraq 76 901,09 min manat, aksizlər 58,7% azalaraq 2 124,02 min manat, yol vergisi üzrə daxilolmalar isə 8,2% azalaraq 1 159,11 min manat təşkil edib.