Müəllif: Gülnar Əhmədli, Banco.az
İtaliya 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan 4 milyard 560 milyon 688 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə İtaliyanın idxal etdiyi neftin həcmi isə 7 milyon 473 min 414 ton təşkil edib.
İtaliyanın idxal etdiyi neftin dəyəri 2025-ci ilin eyni dövrünə nisbətdə 136 milyon 480 min dollar və ya 3,1% artıb, miqdarı isə 958 min 14 ton və ya 11,4% azalıb.
Qeyd edək ki, ilk 7 ayda Azərbaycanın ümumi neft ixracının dəyəri 4 milyard 424 milyon 208 min dollar, miqdarı isə 8 milyon 431 min 428 tona bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
