Müəllif: Gülnar Əhmədli, Banco.az
Çexiya bu ilin yanvar-iyul aylarında Azərbaycandan 562 milyon 116 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 15 milyon 24 min dollar və ya 2,8% çoxdur.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi isə 802 min 370 ton olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 225 min 229 ton və ya 21,9% azalma deməkdir.
Qeyd edək ki, yanvar-iyul aylarında İtaliya (7,5 milyon ton) Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
