Azərbaycan daşınmaz əmlakın qeydiyyatı üzrə Türkiyə təcrübəsini öyrənəcək | Banco.az

Azərbaycan daşınmaz əmlakın qeydiyyatı üzrə Türkiyə təcrübəsini öyrənəcək

Azərbaycan daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrının həyata keçirilməsi üzrə mövcud informasiya ehtiyatı və sistemlərinin təkmilləşdirilməsi, bu sahədə rəqəmsal idarəetmənin inkişafı çərçivəsində Türkiyə təcrübəsini öyrənəcək.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin və Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı Baş Direktorluğunun əməkdaşlarının iştirakı ilə onlayn görüş keçirilib. Görüşdə informasiya sistemlərinin funksionallıq, hesabatlılıq, risklərin idarə edilməsi və informasiya təhlükəsizliyi istiqamətləri üzrə müzakirələr aparılıb.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et