Bu ilin I rübündə Azərbaycan xalis maliyyə aktivləri 848,9 milyon ABŞ dolları məbləğində artırıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir.
Məlumata görə, artımı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 36,3 milyon ABŞ dolları azalması (əvvəlki il artım olub), portfel investisiyalarının 119,2 milyon ABŞ dolları artması (56,4 % çox), digər investisiyaların isə 766 milyon ABŞ dolları artması (2,2 dəfə) təmin edib.
AMB-nin hesablamalarına görə, portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 119,2 milyon ABŞ dolları artmış, xalis maliyyə öhdəlikləri isə 48,8 milyon ABŞ dolları azalmış, nəticədə portfel investisiyaların axınları üzrə 168 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb.
Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər əsasən kapitalda iştiraka təminat verən qiymətli kağızlar (4,7 milyon ABŞ dolları), dövlət (7,9 milyon ABŞ dolları), bank (47,7 milyon dollar) və özəl (58,9 milyon ABŞ dolları) sektorların hesabına artıb. Öhdəliklər isə dövlət (3,1 milyon ABŞ dolları), bank (45 milyon ABŞ dolları) və digər (0,7 milyon ABŞ dolları) sektorların hesabına azalıb.
report
Bizi sosial şəbəkələrdən izləyin!!