Azad olunmuş torpaqlarda ən çox iş görən Türkiyə və İtaliya şirkətləridir | Banco.az

Azad olunmuş torpaqlarda ən çox iş görən Türkiyə və İtaliya şirkətləridir

Güclü siyasi əlaqələrimiz çox böyük təməldir. Neft-qaz və hazırda elektroenergetika layihələri bu təməli böyük dərəcədə gücləndirdi.

Bunu Prezident İlham Əliyev Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

“Eyni zamanda, biz istəyirik ki, ticarət əlaqələri daha da şaxəli olsun. Bilirsiniz ki, İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesi sürətlə gedir, 5 İtaliya universiteti bizimlə artıq tərəfdaşdır. Eyni zamanda, azad olunmuş torpaqlarda ən çox iş görən şirkətlər Türkiyəni və İtaliyan təmsil edirlər”, - dövlət başçısı bildirib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

APA

Ən sərfəli krediti almaq üçün müraciət et