May ayı ərzində İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 1,8 milyon manatdan çox məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.
2014-cü ilin may ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,454 sığorta tələbi üzrə 1,895,428 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:
NV-nə dəyən zərər üzrə |
Əmlaka dəyən zərər üzrə |
Sağlamlığa dəyən zərər üzrə |
Şəxsin ölümü üzrə |
Cəmi |
|||||
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
1,308 |
1,599,389 |
40 |
45,789 |
73 |
85,250 |
33 |
165,000 |
1,454 |
1,895,428 |
Cari ilin may ayında İcabri Sığorta Bürosu tərəfindən 6 kompensasiya tələbi üzrə cəmi 19,500 (on doqquz min beş yüz) manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir. 2014-cü ilin may ayında avtomobillərə dəymiş zərərə görə verilmiş sığorta ödənişlərinin orta məbləği 1,223 manat təşkil etmişdir
.