Avropa Parlamenti maliyyə əməliyyatları və kripto aktivlərin vergiyə cəlb edilməsini tələb edib | Banco.az

Avropa Parlamenti maliyyə əməliyyatları və kripto aktivlərin vergiyə cəlb edilməsini tələb edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Parlamenti (AP) maliyyə əməliyyatları və kripto aktivlərindən vergi tutulmasını ideyasını irəli sürüb.

Banco.az xəbər verir ki, AP Baş Assambleyasının Strasburqda keçirilən sessiyasında Avropa İttifaqının (Aİ) büdcə vəziyyəti və gəlir mənbələrinin artırılması müzakirə olunub.

Sessiyada Avropa Parlamentinin deputatları büdcəyə yeni resursların cəlb edilməsi ilə bağlı tərtib edilmiş hesabatı 199 “əleyhinə”, 356 “lehinə” səs çoxluğu ilə təsdiqləyib.

Hesabatda Aİ-nin siyasətlərini həyata keçirmək, hədəflərə çatmaq və etimadı təmin etmək üçün maliyyə üzrə sürətli islahatların aparılmalı olduğu qeyd edilib.

Hesabatda həmçinin vurğulanıb ki, bərpa proqramı çərçivəsində Aİ 2058-ci ilə qədər hər il orta hesabla ən azı 15 milyard avro ödəməlidir. Bunun üçün isə Aİ büdcəsinə korporativ vergi, maliyyə əməliyyatı vergisi, sərhəd karbon vergisi, kripto aktiv vergisi və əlavə milli töhfələr daxil olmaqla bir neçə yeni gəlir mənbəyi daxil olmalıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram