AG Bank və Rabitəbankın maliyyə durumları barədə | Banco.az

AG Bank və Rabitəbankın maliyyə durumları barədə

 Bu ilin mart ayında "Fitch" beynəlxalq reytinq agentliyi "AGBank" ASC-nin uzunmüddətli xarici valyuta reytinqini yenidən "B-" səviyyəsində təsdiq etsə də, reytinq üzrə dayanıqlığı "stabil"dən "neqativ"ə dəyişib.

"Report"un Agentliyə istinadən verdiyi xəbərə görə, dünya bazarında neftin qiymətinin düşməsi səbəbindən zəifləyən Azərbaycan bank sektoru və bu ilin fevralında baş verən manatın 34%-lik devalvasiyası Banka ciddi təsir edib. "AGBank" fevral ayında kapitalın adekvatlığı tələbnaməsinə riayət etməyib. Ötən ilin sonunda "AGBank"da açıq valyuta mövqeyinin kapitala nisbəti 87% olub. Nəticədə, "AGBank" devalvasiya nəticəsində 10 mln. manat (məcmu kapitalın 19%-i) zərər çəkib. "Fitch"in hesablamalarına əsasən, Bankın kapital adekvatlığı 8%-dən aşağı düşüb (hazırkı tələbnamə 12%-dir).

Qeyd edək ki, "AGBank"da aktivlərin mənfəətliliyi (ROA, 2014-cü ilin sonuna) 0,5% olub. Bankın depozit cəlb etməsinə baxmayaraq, vəsaitlərini tam olaraq yerləşdirə bilməyib. Nəticədə, faiz itkisi və əmanətlərin dollara konvertasiyasından yaranan risklər artıb.

Ən sərfəli kredit üçün müraciət et

Əlavə edək ki, yaranmış vəziyyətlə əlaqədar, "AGBank" ASC artıq iki rübdür ki, əsas maliyyə göstəricilərini geniş ictimaiyyətə təqdim etmir.

 

"Rabitəbank" ASC 2015-ci ilin ilk rübünün yekununda aktivlərinə (322,325 mln. manat) görə Azərbaycandakı banklar arasında 15-ci sırada olub. Bankın kredit portfeli aprelin 1-nə 231,644 mln. manat təşkil edib ki, bunun da 23%-i (53,280 mln. manat) xarici valyutada olub. Bankın vaxtı keçmiş kreditləri 11,114 mln. manat və ya məcmu kreditlərin 4,8%-ni, depozit portfeli 212,495 mln. manat təşkil edib və bunun 103,305 mln. manatı və ya 48,6%-i xarici valyutada olub. Yəni, xarici valyutada depozitə sahib olan "Rabitəbank" bunun təxminən yarısını xarici valyutada kreditlərə ayırıb. Yəni, Bankın bu iki göstəricinin fərqinin 34% devalvasiyası qədər valyuta zərəri olub.

Bununla yanaşı, ilk rübün sonuna "Rabitəbank"ın ROA əmsalı 0,3, ROE əmsalı isə 2,06 təşkil edib. Bankın öhdəliklərinin strukturunda depozitlərin xüsusi çəkisi 76%-dən artıqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et