AccessBank-ın sabiq əməkdaşı Latviyada rəhbər vəzifəyə TƏYİN olunur! | Banco.az

AccessBank-ın sabiq əməkdaşı Latviyada rəhbər vəzifəyə TƏYİN olunur!

AccessBank-ın sabiq əməkdaşı Latviyanın Dövlət Gəlirləri Xidmətinin rəhbəri təyin olunur.

Latviyanın maliyyə naziri Dana Reyznietse-Ozola Maris Skuinşin namizədliyini Dövlət Gəlirləri Xidmətinin baş direktoru vəzifəsinə irəli sürüb.

Bu barədə nazir M. Skuinş ilə iki saat davam edən görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

M. Skuinşin namizədliyini Latviya hökuməti təsdiqləməlidir. Hökumət razılıq verərsə, o, 5 il müddətinə adıçəkilən qurumun rəhbəri olacaq. Nazirlər Kabineti onun namizədliyini iyunun 12-də müzakirə edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, M. Skuinş AccessBank-ın strateji layihələr və inkişaf üzrə baş meneceri olub.

M. Skuinş maliyyə sektorunda 20 ilə yaxın çalışıb. AccessBank-dan öncə o 2013-2016-cı illərdə Latviya televiziyasının İdarə Heyətinin üzvü (maliyyə məsələləri üzrə) olub. Bundan öncə isə M. Skuinş Energo Capital şirkətində və Baltcom TV-də maliyyə direktoru, Nordea Finance Latvia-nın isə İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib.

Ən sərfəli krediti almaq üçün müraciət et