Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları 2026-cı ilin yanvar-iyun aylarında müştərilərə verilmiş kreditlərdən 2 milyard 205.4 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 336 milyon manat və ya 18% çoxdur.
Banklar 2025-ci ilin ilk 6 ayında 1 milyard 869,4 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.
İlk 6 ayda bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 358,9 milyon manat (15,1%) artaraq 2 milyard 733,2 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
