AccessBank | Banco.az

AccessBank

 

Call center
Tel: 151

Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini «AccessBank» olaraq davam etdirməyə başlayıb. Bank qısa müddət ərzində sürətlə inkişaf edib və nəticədə böyük nailiyyətlər əldə edib. 

AccessBank-ın missiyası Azərbaycanda mikro və kiçik sahibkarların, eləcə də aşağı və orta gəlirli ailələrin maliyyə xidmətlərindən istifadə etmələrinə imkan yaratmaqdan ibarətdir. AccessBank öz müştərilərinə tam çeşidli maliyyə xidmətləri, o cümlədən, kredit məhsulları, cari hesablar, əmanətlər, plastik kartlar, ticarətin maliyyələşdirilməsi, pulköçürmə və ödəmə xidmətləri göstərir. AccessBank-ın məqsədi, xüsusən bank əməliyyatlarının effektivliyi, şəffaflığı, müştərilərin tələbatlarının ödənilməsi, məsuliyyət, dəqiqlik və insan resurslarının inkişafı yönümündə ən yüksək bank standartlarına nail olmaqdan ibarətdir. Tam əhatəli bank əməliyyatları lisenziyasına malik AccessBank, həmçinin, digər kateqoriyalara mənsub müştərilərə, o cümlədən daha iri müəssisələrə və beynəlxalq təşkilatlara, xüsusilə AccessBank-ın əsas missiyasını bölüşən şirkətlərə maliyyə xidmətləri göstərir.

AccessBank mikro və kiçik biznes fəaliyyətinə xüsusi diqqət yetirir, çünki bu sahə Azərbaycan iqtisadiyyatının inkişafı və genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və yoxsulluğun aradan qaldırılması üçün həyati əhəmiyyət daşıyır. Əksər mikro və kiçik biznes müəssisələri mənfəətlə işləsə də və onların fəaliyyətinin elastikliyi iqtisadi gözlənilməzlikləri qəbul etməyə imkan versə də, onların inkişafı, çox zaman, maliyyə xidmətlərindən faydalanmaq imkanının olmaması ilə məhdudlaşır. AccessBank da məhz bu çatışmazlığı aradan qaldırmaq üçün yaranmışdır: bank, bütün mikro və kiçik biznes müəssisələrinə, o cümlədən qrup halında bu cür biznes sahələri ilə məşğul olan ailələrə Avropa standartlarına uyğun maliyyə xidmətləri təklif edir və geniş əhatəli maliyyə sistemi yaradır. AccessBank-ın xüsusi məhsulları, eləcə də bu sektorlara xidmət göstərmək məqsədi ilə işlənib hazırlanmış risk idarəçiliyi texnologiyası bu işləri uğurla həyata keçirməyimizə imkan verir. AccessBank-ın mənfəətlilik səviyyəsi bankın uzunmüddətli sabitliyini və sürətlə genişlənməsini təmin edir.

AccessBank-ın səhmdarları öz maraqlarını inkişaf yönümündə birləşdirərək AccessBank-ın öz xidmət çeşidlərini artırmasına və qısamüddətli mənfəətə diqqət yetirməməklə uzunmüddətli və sabit fəaliyyət üçün möhkəm bünövrə yaratmasına imkan verir. AccessBank öz müştərilərinə yüksək səviyyədə xidmət göstərilməsi və AccessBank-ın durmadan genişlənməsi məqsədi ilə öz gənc və yüksək perspektivli işçi heyətinin təlimatlandırılmasına böyük sərmayələr qoyur.

Telefon: 151

Beynəlxalq zənglər üçün: (+994 12) 377 00 19

Whatsapp: (+994 55) 440 01 51

Faks: (+994 12) 510 37 71

Daha çox
Ünvan Tbilisi prospekti 3, Bakı AZ1065, Azərbaycan
Telefon 151
Filialı 29
Bankomatlar 39
Sayt www.accessbank.az
E-poçt [email protected]
CEO Davit Tsiklauri
Rekvizitlər

Bankın adı: AccessBank QSC

SWIFT: ACABAZ22

Müxbir bank hesabı: AZ10NABZ01350100000000056944

Bankın kodu: 505000

VOEN: 1400057421

Müəllif: Samir Abdullayev

Ən sərfəli krediti almaq üçün müraciət et