Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin iyul ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 731.2 milyon manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə 123.1 milyon manat (20.2%) çoxdur.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında banklar 608.1 milyon manatlıq depozit faizləri ödəyiblər.
Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 1 milyard 6.5 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
