Müəllif: Gülnar Əhmədli, Banco.az
Dünya iqlim dəyişikliyi baxımından kritik həddə yaxınlaşır. Hava Forum-un paylaşdığı son qrafikə görə, qlobal gündəlik orta səth hava temperaturu indiyədək qeydə alınan ən yüksək səviyyələrdən birinə çatıb. Mövcud tendensiya davam edərsə, 2026-cı il tarixin ən isti ili kimi qeydə alına bilər.
Banco.az xəbər verir ki, qrafikdə 2008–2025-ci illər boz, 2026-cı il isə qırmızı xəttlə göstərilib. Xüsusilə mart ayından etibarən 2026-cı ilin temperatur göstəriciləri digər illərdən ciddi şəkildə fərqlənib, may və iyun aylarında isə fərq daha da artıb. İyulun sonunda qlobal orta səth hava temperaturunun təxminən 17,3°C-yə çatdığı bildirilir.
2026-cı ilin temperatur göstəriciləri 1979–2000, 1981–2010 və 1991–2020-ci illəri əhatə edən orta göstəricilərdən də yüksəkdir. Məlumatlar ECMWF-nin ERA5 məlumat bazası və Copernicus İqlim Dəyişikliyi Xidmətinin qeydləri əsasında hazırlanıb.
Hava Forum-un qiymətləndirməsinə görə, mövcud tendensiya davam edərsə, 2026-cı il ən isti il kimi tarixə düşə bilər. Lakin ilin hələ başa çatmaması səbəbindən yekun qiymətləndirmə qarşıdakı aylarda aparılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
