ABŞ iqtisadiyyatını gələn il hansı səviyyədə tənəzzül gözləyir? | Banco.az

ABŞ iqtisadiyyatını gələn il hansı səviyyədə tənəzzül gözləyir?

Müəllif -Aida İsaq, Banco.az

ABŞ iqtisadiyyatının gələn il tənəzzülə uğrama ehtimalı 70 faiz səviyyəsində qiymətləndirilir.

Banco.az xəbər verir ki, bu “Bloomberg”in 12-16 dekabr tarixlərində 38 iqtisadçının iştirakı ilə həyata keçirdiyi sorğuya əsasən müəyyən olunub. İqtisadçılar arasında noyabr ayında aparılan sorğularda iqtisadiyyatın 2023-cü ildə tənəzzülə girmə ehtimalı 65  olaraq qiymətləndirilmişdi. Müvafiq göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb.

Beləliklə, şəxsi istehlak qiymətləri indeksinin birinci, ikinci, üçüncü və dördüncü rüblərdə müvafiq olaraq 4,6, 3,5, 3,1 və 2,8 faiz təşkil edəcəyi bildirilir. Eyni dövrlərdə əsas istehlak qiymətləri indeksinin isə 4.2, 3.8, 3.4 və 3.0 faiz təşkil edəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram