ABŞ-da vakant iş yerlərinin sayı proqnozlara uyğun azalmayıb | Banco.az

ABŞ-da vakant iş yerlərinin sayı proqnozlara uyğun azalmayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da vakant iş yerlərinin sayı noyabrda 10 milyon 458 minə geriləyərək proqnozları doğrultmayıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi vakant iş yerlərinin 2022-ci ilin noyabr ayı üzrə olan statistikasını dərc edib.

Bu statistikaya görə, ölkədəki vakant iş yerlərinin sayı ötən ilin noyabr ayında əvvəlki ayla müqayisədə 54 min azalaraq 10 milyon 458 minə enib.

Ekspertlər isə bu göstəricinin 10 milyon 50 minə qədər azalacağını gözləyirdilər.

Bu dövrdə vakansiyaların sayının artdığı sektorlar peşəkar və işgüzar xidmətlər və dayanıqlı olmayan malların istehsalı olub. Maliyyə, sığorta və federal hökumət sektorlarında isə vakant yerlərin sayı azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et