ABA özünüməşğulluğa cəlb olunanlarla növbəti müqavilələr imzaladı | Banco.az

ABA özünüməşğulluğa cəlb olunanlarla növbəti müqavilələr imzaladı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə banklar tərəfindən dəstək göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü özünüməşğulluq proqramının genişləndirilməsi işlərində bankların da iştirakına şərait yaradıb.

Ümumilli Lider Heydər Əliyev ölkədə məşğulluğun artırılması, əmək qabiliyyətli əhalinin ictimai əməyə cəlb olunması, əmək ehtiyatlarından səmərəli istifadə edilməsini, eyni zamanda özünüməşğulluğun inkişafını hər zaman diqqət mərkəzində saxlayırdı. Onun qayğısı və diqqəti ilə bu sahədə də çox böyük müsbət dəyişikliklər baş vermis orta və kiçik şəhərlər, kənd yerləri də daxil olmaqla ölkədə əlavə iş yerləri yaradılmış, əhalinin məşğulluq səviyyəsi dəfələrlə yüksəlmişdir.

Məşğulluğun artması, özünüməşğulluq layihələrinin genişlənməsi indi də dövlət və hökumət orqanlarının qarşısında mühüm bir vəzifə olaraq durur.

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində fəal iş aparılır.

İlkin mərhələdə mart ayı ərzində bu proqramın icrasına ölkədə fəaliyyət göstərən 8 bank qoşulmuşdur. Hazırda isə Proqrama qoşulan bankların sayı 18-dir. Bu banklar “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Accessbank” QSC, “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “Turanbank” ASC, “Yelo Bank” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Azər Türk Bank” ASC, “Bank Avrasiya” ASC, “Bank BTB” ASC, “Bank of Baku” ASC, “Expressbank” ASC, “Muğanbank” ASC, “Unibank” KB ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC və“Ziraatbank” Azərbaycan ASC-dir.

Aparılan birgə işlər əhalinin həssas qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin, işsiz və işaxtaran şəxslərin və b.) məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaratmaqdır.

Bu, eyni zamanda, hazırda koronavirus (COVİD-19) pandemiyasının ölkədə mənfi sosial-iqtisadi təsirlərinin azaldılması, məşğulluq məsələlərinin həlli sahəsində aparılan fəal dövlət siyasətinə bir dəstəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar 10 may 2020-ci il tarixində ABA-ya üzv banklar özünüməşğulluq proqrama cəlb olunmuş vətəndaşlarla növbəti dəfə müvafiq qrant müqavilələri imzalamış və onlara əsasən xidmət və istehsalat sahələri üzrə aktivlərin (o cümlədən natura şəklində material, avadanlıq və digər əmlakların) 2 il müddətinə müqavilə əsasında əvəzsiz olaraq təqdim etmişlər.

Yaxın dövrdə bu proses banklar tərəfindən aktiv formada davam edəcəkdir.

Bankların əlaqədar press-relizləri ilə aşağıda tanış ola bilərsiz:

1. https://bit.ly/3fEQxKK

2. https://bit.ly/2LeX2Wr

3. https://bit.ly/2Wkzwh4

4. https://bit.ly/3fAc1s2

5. https://bit.ly/2Aa7aNP

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et