22 ölkə qlobal nüvə enerjisi potensialını üç dəfə artırmaq barədə bəyannamə imzalayıb | Banco.az

22 ölkə qlobal nüvə enerjisi potensialını üç dəfə artırmaq barədə bəyannamə imzalayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın rəhbərlik etdiyi 22 ölkə 2050-ci ilə qədər qlobal nüvə enerjisi potensialını üç dəfə artırmaq barədə bəyannamə imzalayıb.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı (COP28) çərçivəsində Ümumdünya İqlim Fəaliyyəti Sammiti bu il Birləşmiş Ərəb Əmirliklərinin sədrliyi ilə keçirilib.

Sammitin ikinci günündə ölkələr nüvə enerjisinin 2050-ci ildə xalis sıfır emissiya hədəfinə nail olunmasında və qlobal temperatur artımının 1,5 dərəcəyə qədər məhdudlaşdırılmasında əsas rol oynadığına diqqət çəkən “Üçqat Nüvə Enerjisi Bəyannaməsi”ni imzalayıb.

Birləşmiş Ştatlar qlobal nüvə enerjisi potensialını üç dəfə artırmaq çağırışlarına rəhbərlik edərkən, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Bolqarıstan, Kanada, Çexiya, Finlandiya, Fransa, Qana, Macarıstan, Yaponiya, Cənubi Koreya, Moldova, Monqolustan, Mərakeş, Hollandiya, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, İsveç və Ukrayna isə bəyannaməni imzalayan ölkələr olub.

Ən sərfəli kredit üçün müraciət et

Bununla da, sözügedən ölkələr qlobal nüvə enerjisi potensialını 2050-ci ilə qədər 2020-ci il səviyyəsi ilə müqayisədə üç dəfə artırmağı öhdələrinə götürüblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et