15 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib | Banco.az

15 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib

Azərbaycan Mərkəzi Bankı 15 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.

Banco.az xəbər verir ki, bununla bağlı qərar iyulun 19-da “Sığorta fəaliyyəti haqqında” Qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.