13 addımla uğura yaxınlaşaq | Banco.az

13 addımla uğura yaxınlaşaq

Jurnalist Napoleon Hill milyoner olmuş 500 nəfəri 20 il araşdırdıqdan sonra varlı, eləcə də uğurlu olmağın 13 addımını sıralayıb. Oxuculara maraqlı olacağını düşünüb, bu addımları tərcümə etmək istədik.

1) Arzu: Sən onu istəməlisən.

Bütün zənginlər müəyyən qədər xəyal qurmaq, ümid, planlaşdırma və arzu ilə başlayıblar. İstəmək kifayət deyil, arzulamaq isə beyindən çıxmayan bir fikrə çevrilir, arzuya çatmağın yollarını planlaşdırır, o planları dəstəkləyən israrı əmələ gətirir və uğursuzluğu qəbul etmir.

2) İnam: Hədəfinizə çatacağınıza inanın.

Zəngingləşmək sizin beyninizdə başlayır - sərvət toplaya biəlcəyinizə inanmaqla. İnam məhdudiyyətləri aradan qaldırır.

3) Özünü təlqin: Hədəfinizə çatmaq üçün təsdiqlərdən istifadə edin.

Uğur və ya sərvət arzunuzu reallaşdırmaq sizin şüuraltınıza öz hədəfinizi dəstəkləyəcək ifadələr göndərməyinizdən keçir. Siz tez-tez nə istədiyinizi, onu necə əldə edəcəyinizi planlaşdırdığınızı təkrarlamalısınız.

4) İxtisaslaşmış bilgi: Təcrübə qazanın və öyrənməyə davam edin.

Bilgi potensial gücdür. Təhsil yalnız o zaman güclü olur və sərvətə aparır ki, o, sistemlidir və həyata tətbiq edilir. Uğurlu adamlar heç vaxt öz məqsədləri, biznesləri və işləri ilə bağlı ixtisaslaşmış bilgi əldə etməyi dayandırmırlar. Uğurlu olmayanlar isə elə inanırlar ki, ali məktəbi bitirməklə bilgi əldə etmək prosesi bitir.

5) Xəyal qurmaq: İdeyalar tapın və uğurunuzu vizuallaşdırın.

Təsəvvür edə bilirsinizsə, onu əldə edə bilərsiniz. İdeyalar bütün sərvətlərin başlanğıc nöqtələridir. İdeyalar isə təsəvvür edə bilməyin məhsuludur.

6) Mütəşəkkil planlaşdırma: Addım at.

Öz uğurunuzu vizuallaşdırdıqdan sonra, addım atmalısınız və əldə etmək istədiyinizin arxasınca getməlisiniz. Addım atarkən ardıcıl və həvəsli olmalısınız. "Bir çoxumuz yaxşı "başlayan" ola bilərik, amma çoxumuz pis "bitirən" oluruq. Bir çox insan ilk məğlubiyyət siqnalını görən kimi təslim olmağa meyillidir. İnadkarlığın yerini heç nə verə bilməz.

7) Qərar: Ləng davranmağı qərarlılıqla məğlub edin.

Uğurlu insanların əsas göstəricilərindən biri qərarlılıqdır. Sərvət toplaya bilməyən insanların hamısı, istisnasız olaraq, çox yavaş qərar vermək (əgər qərar verə bilirlərsə) və tez-tez qərarlarını dəyişmək vərdişinə malik olurlar. Qərarlılıq sadəcə zənginlərin yox, həm də liderlərin sahib olmalı olduqları ən əsas xüsusiyyətlərdən biridir.

8) Əzmkarlıq: İstədiyinizi əldə edənə qədər dayanmayın.

Ən sərfəli kredit üçün müraciət et

Uğurlu insanlar uğursuzluğun öhdəsindən gəlməyə meyilli olurlar. İnvestor Mark Cuban "Neçə dəfə uğursuz olmağınız vacib deyil, bir dəfə uğurlu olmalısınız. Mən, süd tozu satmağa çalışırdım. Bir çox dəfə axmaq oldum, amma hamısından öyrəndim" deyir.

9) Yaradıcı beyinlərin gücü: Özünüzü ən yaxşılarla əhatə edin.

Uğurlu insanlar öz çevrələrində onların vizyonunu paylaşan dostları və həmkarları saxlayırlar. Bir neçə ağıllı və yaradıcı beyinin gücü bir beyinin gücündən eksponensial olaraq artıqdır. Bir neçə əlaqələndirilmiş və harmoniyada olan beyin, tək beyindən daha çox fikir-enerji təmin edir, necə ki, bir neçə batareya tək batareyadan daha çox enerji verir.

Bəlkə də, buna görə zəngin insanlar digər zəngin insanlarla dostluq edirlər. Uğurlu adamlara açıq olmaq, sizin düşünmə və gəlirlərinizi artırma potensialınızı gücləndirir. Milyoner Steve Siebold "Biz ünsiyyətdə olduğumuz adamlara oxşamağa başlayırıq, ona görə də qaliblər qalibləri cəlb edir" deyir.

10) Cinsi transmutasiyanın sirri: Özünüzə uyğun partnyor seçin.

Cinsi enerji çox güclü insan enerjisidir - o, fiziki həyat əmələ gətirir və emosional həyatı inkişaf etdirir, bizim yaradıcılığımızı, ehtirasımızı, coşğumuzu, əzmimizi artıra bilər. Cinsi arzu ən güclü insan arzularındandır. Sevgi, romantika, cinsi münasibətlər insanı super uğurların zirvəsinə aparmaq qabiliyyətindədir. Bu üç hiss birləşdikdə, adamı dahilik zirvəsinə çıxara bilər. Sizə dəstək verən partnyor, sizin uğurunuz üçün vacibdir. Tədqiqatlar göstərir ki, vicdanlı və dürüst həyat yoldaşı sizin illik gəlirlərinizi digərlərindən 4000$ daha artıq edə bilər.

11) Şüuraltı: Pozitivliyi təlqin edin, neqativ emosiyaları rədd edin.

Pozitiv və neqativ emosiyalar beyini eyni zamanda məşğul edə bilməzlər. Ya biri, ya da digəri daha ağır basmalıdır. Pozitiv emosiyaların beyninizdə daha ağır basması sizin məsuliyyətinizdir. Uğurlu olmaq istəyirsinizsə, ortaya çıxan neqativ emosiyaları pozitivlərlə əvəz etməlisiniz. Tədqiqatlar göstərir ki, pozitiv və şən insanların işsiz qalmaq ehtimalı digərlərindən azdır və onlar işlərində daha məhsuldardırlar.

12) Beyin: Başqa ağıllı insanlarla əlaqələndirin və onlardan öyrənin.

Beynimiz fikir dalğalarının yayıcısı və qəbuledicisidir - digər fərdlərdən fikirləri qəbul edir, məhz buna görə də, ağıllı, yaradıcı və pozitiv insanlarla əlaqələnmək vacibdir. Bu, "yaradıcı beyinlər" prinsipindən bir addım da irəlidir. Siz sadəcə daha ağıllı və daha uğurlu adamlarla əhatə edilməklə kifayətlənmirsiniz, ortadakı problemlərə həll yolu axtarmaq üçün onlardan istifadə edirsiniz.

13) Altıncı hiss: İntuisiyanıza güvənin.

Digər prinsiplərə yiyələndikdən sonra "altıncı hiss" əmələ gələcək. Altıncı hissiniz sizə yaxınlaşan təhlükəni vaxtında hiss edib onlardan yayınmağa və qarşınıza çıxan imkanları zamanında görüb, onları dəyərləndirməyə kömək edəcək.

Müəllif: Bəxtiyar Hacıyev

Ən sərfəli krediti almaq üçün müraciət et