Bank VTB (Azərbaycan) Azərbaycan şirkətlərinə xarici bazarlara çıxmağa yardım etməyə hazırdır | Banco.az

Bank VTB (Azərbaycan) Azərbaycan şirkətlərinə xarici bazarlara çıxmağa yardım etməyə hazırdır

“Bank VTB (Azərbaycan) xarici bazarlara çıxmaq niyyətində olan Azərbaycan sahibkarlarına yardım etməyə və müştərilərinə MDB, Avropa, Asiya və Afrika ölkələrində kompleks bank xidmətləri göstərməyə hazırdır. Bunun üçün ilk növbədə bank VTB (Azərbaycan) VTB Qrupun nümayəndəliklərinin fəaliyyət göstərdiyi və eyni zamanda Azərbaycanın geniş ticarət əlaqələri olan ölkələri nəzərdən keçirir” – deyə, bank VTB (Azərbaycan)-nın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

“Misal üçün deyə bilərəm ki, bu gün Azərbaycanla Gürcüstan arasında sıx iqtisadi əlaqələr qurulub, Gürcüstan ölkənin mühüm xarici ticarət tərəfdaşına çevrilib. Bu baxımdan bank VTB (Azərbaycan) Azərbaycandakı tərəfdaşlar ilə işbirliyi qurmağa, nəqliyyat, tikinti və neft-kimya sahələrində birgə layihələrin maliyyələşməsinə VTB-nin Gürcüstandakı nümayəndəliyini cəlb edir”. Yuri Yakovleviçin sözlərinə görə, həmçinin, bank VTB (Azərbaycan) Belarus və Qazaxıstandakı tərəfdaşları ilə Azərbaycan şirkətləri arasında əməkdaşlığın qurulmasında yaxından iştirak etməyə hazırdır.   

Bu halda bank VTB (Azərbaycan) tərəflər arasında bağlanan sazişlərin etibarlığı və şəffaflığı baxımdan zəmanətçi qismində çıxış edəcək və ödənişlərin gecikmələr olmadan həyata keçirilməsinə təminat verəcək. Bir çox hallarda yeni bazarlara çıxan şirkətlərin və sahibkarların rastlaşdığı ən ciddi problem yalnış tərəfdaşlarla işbirliyi qurmaq təhlükəsidir ki, bu da risklərin artmasına səbəb olur. “Bank müştərilərinə etibarlı tərəfdaş tapmağa, hesablaşma sxemlərinin düzgün qurulmasına yardım etməyə hazırdır. Çünki vaxtında həyata keçirilən ödənişlər hər bir şirkətin və layihənin uğurudur”- bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri Yuri Yakovlev qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bu gün VTB (Azərbaycan)-ın da daxil olduğu VTB Qrupu 20-dən çox ölkədə 30 bank və maliyyə şirkətlərini özündə birləşdirən unikal beynəlxalq şəbəkəyə malikdir. Bu cür çoxşahəli şəbəkə VTB-yə müştərilərinə MDB, Avropa, Asiya və Afrika ölkələrində geniş spektrli bank xidmətləri göstərməyə şərait yaradır.  

Ən sərfəli krediti almaq üçün müraciət et