“Bank Technique”in “Proqress” filialı fəaliyyətini Atatürk prospektində davam etdirəcək | Banco.az

“Bank Technique”in “Proqress” filialı fəaliyyətini Atatürk prospektində davam etdirəcək

“Bank Technique” ASC-nin, Bakı ş., Azadlıq prospekti, 87 ünvanında yerləşən “Proqress” filialı, 27 mart 2014-cü il tarixindən etibarən, öz fəaliyyətini Bakı ş., Atatürk prospekti, 1107 ünvanında davam etdirəcək. Xatırladaq ki, burada daha əvvəl Bankın Baş Ofisi nəzdində, Müştəri Xidməti Departamenti müştərilərə xidmət göstərirdi. Hazırda Müştəri Xidməti Departamenti Bakı ş., Babək prospekti 16 ünvanında fəaliyyət göstərir.

Müştəri Xidməti Departamentinin yeni ofisi köhnə ofis ilə müqayisədə gözləmə zalının sahəsinin genişliyi, lazımi qədər danışıq otaqlarının mövcudluğu, ümumilikdə, müştərilər üçün ən əlverişli və rahat şəraiti ilə seçilir. Burada müştərilərə tam spektr bank xidmətləri təklif olunur: bank hesablarının açılması, fiziki və hüquqi şəxslərə kredit məhsullarının verilməsi, əmanətlərin yerləşdirilməsi, debit və kredit kartların rəsmləşdirilməsi, pul köçürmələri, hesablaşma-kassa əməliyyatlarının icrası, nağd ödənişlərin qəbulu, depozit qutularının icarəsi və s. Yeni ofisdə 24 saat rejimində 2 bankomat (ATM) da işləyir.

“Bank Technique”in bütün xidmət nöqtələrinin yerləşməsini www.banktechnique.az saytındakı Bankın filiallar və şöbələrini əks etdirən “İnteraktiv xəritə” vasitəsilə daha rahat tapmaq, hətta, buraya xəritədəki istənilən yerdən marşrut da yaratmaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün:

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir. Hazırda “Bank Technique”in 32 filial və 16 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et