Banco.az | Tezliklə

DəmirBank müştəri sorğuları və şikayətləri üzrə qəbul saatları təyin edib

DəmirBank müştəri xidməti keyfiyyətinin artırılması, müştəri şikayətlərinin və sorğularının daha səmərəli formada araşdırılması məqsədilə müştərilər üçün qəbul saatları təyin edib.

Artıq müştərilər həftənin II və IV günləri, saat 15:00-dan 17:00-dək Bankın baş ofisinə - Keyfiyyətə Nəzarət şöbəsinə yaxınlaşa bilərlər. Şöbənin əməkdaşları ilə görüş üçün əvvəlcədən telefon və ya e-mail vasitəsi ilə qeydiyyatdan keçmək zəruridir. 

Azərbaycanca

ALBALI KART YANACAQDOLDURMA MƏNTƏQƏLƏRİNDƏ

Albalı kart sahiblərinə daha bir müjdə. Artıq Albalı kart sahibi olan hər kəs Abu- Petrol yanacaqdoldurma məntəqəsində avtomobili üçün yanacaq alıb, pulunu növbəti ay (ayın 1-dən 10-dək)  ödəyə bilər. İlk olaraq Albalı karta Abu-petrolun 5 məntəqəsi qoşulub. Bunlar K.Rəhimov küç.33a (Gənclik metrosuna yaxın), Hövsan qəsəbəsi, Novxanı qəsəbəsi, Saray ŞTQ (Bakı-Quba yolu 22ci km-yi) və  Sabunçu ŞTQ (Şəhər şossesi) ünvanlarında yerləşən məntəqələrdir. Yaxın vaxtlarda Abu- Petrol-un digər YDM-lərində də ALBALI kartın istifadəsi mümkün olacaq.

Azərbaycanca

Expressbank kreditlərin onlayn ödənişini təqdim edir.

Dinamik inkişafda olan Expressbank müştərilərinə yeni xidmət növünü təqdim edir. Bu, kredit borclarının rahat və operativ ödənişini təmin edən – onlayn kredit ödənişi xidmətidir. Xidmətdən dünyanın istənilən nöqtəsindən, sizə ən uyğun zamanda bankın korporativ saytı - http://www.expressbank.az/ vasitəsilə istıfadə etmək olar. Proyekt iki yerli prosessinq mərkəzləri olan Millikart və Azerikartla birgə hazırlanmışdır.

Azərbaycanca

DəmirBank-ın plastik kartlarının sayı 150 000 ədədi keçdi

DəmirBank-ın emissiya etdiyi plastik kartların sayı 150 000 ədədi keçdi. 150 000-ci kart Bankın müştərisi N. Qafarova tərəfindən sifarış olunmuş Azərbaycanda ilk dəfə və yalnız DəmirBank tərəfindən təqdim olunan LeaderCard-dır.

Azərbaycanca

“Bank Technique” Bakıda daha iki şöbəsini açıb

“Bank Technqiue” ASC, xidmət şəbəkəsinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması məqsədilə, Bakı şəhərində daha iki yeni şöbəsini açıb.

“İnşaatçılar” və “Neftçilər” adlandırılan yeni şöbələr, müvafiq olaraq, Yasamal rayonu, 528-ci məhəllə, Ə.Ələkbərov küç., “E” və Nizami rayonu, Q.Qarayev pr., 115/9 ünvanlarında yerləşirlər. Bu şöbələr yaxınlıqda yaşayan sakinlərin bank əməliyyatlarının əksəriyyətinin asanlıqla, vaxt itkisinə məruz qalmadan, həll etmələrinə imkan yaradır.

Azərbaycanca

NEFTÇİLƏRƏ 2-qat HƏDİYYƏ

Unibank peşə  bayramı münasibəti ilə bütün Neft sənayesinin işçilərini təbrik edir. Bankın neftçiləri üçün güzəştli kredit kampaniyası böyük maraq doğurub. Kampaniya çərçivəsində  Unibankdan kredit götürən hər bir neft işçisi üçün kreditlər 3 % endirimlə verilir, üstəlik bu aksiyadan bəhrələnən hər kəsə bir sıra üstünlüklər verən, minimal kredit limiti 300 AZN olan  MC Gold kartı hədiyyə olunur. Beynəlxalq kart olan  MC Gold kartından dünyanın bir çox ölkələrində istifadə etmək mümkündür. Neft sahəsində çalışanlar  maksimum 7500 AZN-dək krediti 48 ay müddətinədək götürə bilərlər.

Azərbaycanca

UNİBANK SƏHMLƏRİN YERLƏŞDİRİLMƏSİNİ HƏYATA KEÇİRİR

AR Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Unibank” Kommersiya Bankı ASC-nin 6 000 048 manat məbləğində olan, 2 205 900 ədəd sənədsiz adlı imtiyazlı səhmlərinin buraxılışına dair  emissiya prospekti, 22 avqust 2013-cü il tarixində qeydiyyata alınmışdir.

Bankın İdarə Heyətinin 19 sentyabr 2013-cü il tarixli Qərarına əsasən həmin səhmlərin yerləşdirilməsinin başlanması, 27 sentyabr 2013-cü il tarixindən həyata keçiriləcək. Emissiya Prospektinə əsasən yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında baş tutacaqdır

Azərbaycanca

DəmirBank Monex sistemi ilə pul köçürmə xidmətlərini təqdim edib

 

DəmirBank Monex sistemi ilə pul köçürmələri təqdim edərək əhaliyə göstərilən xidmətlər çeşidini genişləndirib.

Monex sistemi ilə müştərilər manat, ABŞ dolları, avro və Rusiya rublu ilə pul vəsaiti göndərə və ala bilərlər. Respublikadaxili komissiya 0,1-0,2%, respublikadan kənar köçürmələrdə isə 1,5% komissiya tətbiq olunur. 

Azərbaycanca

BAŞQALARINDAN NECƏ FƏRQLƏNMƏLİ?

Hər gün Albalıdan hədiyyə qazanmaq  şansı əldə edənlərin sayı  artır. Gündə yüzlərlə kart sahibi Unibank tərəfindən Facebook üzərindən yaradılmış unikal və ekskluziv platforma olan Qoşul, Fərqlən, Faydalan  kampaniyasına qoşulub ballar yığaraq, ALBALI ilə etdikləri alış-verişlərinin nəticəsində möhtəşəm hədiyyələr qazanmaq imkanı əldə edirlər.  http://goo.gl/tYSd87

Azərbaycanca

Təxminən 7 kommersiya bankının Mərkəzi Bankın qoyduğu öhdəliyi yerinə yetirməsində problem olacaq

Müsahibimiz İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovdur.

Müsahibənin 1-ci hissəsi

 

Nizamnamə kapitalının artırılması ilə bağlı həyata keçirilən islahatlar banklara inamı artıracaq

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »