Banco.az | Tezliklə

Bolkart və İnteqralPlus-dan kampaniya: Samsung malları 12 aya əlavə xərcsiz!

Azərbaycanın ən populyar kredit kartı olan Bolkart sahibləri İnteqralPlus şəbəkəsinə aid olan “Samsung Store” brend mağazasında iyul ayının sonunadək güzəştli alış-veriş edə bilərlər. Samsung şirkətinin ən yeni mallarının satıldığı “Samsung Store” paytaxtın 28 may küçəsi, 42 ünvanında yerləşir. Bolkart sahibləri burada son model mobil telefonlar, o cümlədən Samsung Galaxy S4, audio və video texnika, planşet kompüterlər, müxtəlif aksessuarlar və digər mallar ala bilərlər.

Azərbaycanca

Mərkəzi Bank tərəfindən pul nişanlarının ekspertizasının təşkili mövzusunda növbəti seminar keçirilib

Mərkəzi Bank tərəfindən kommersiya bankları üçün nəzərdə tutulmuş silsilə tədbirlər çərçivəsində “Bank Respublika” ASC-nin baş ofisində bankın müvafiq əməkdaşları üçün pul nişanlarının ekspertizanın təşkili mövzusunda nəzəri-praktiki seminar keçirilmişdir.

Azərbaycanca

"Bank Technique"dən tələbələr üçün əla fürsət!

"Bank Technique"dən tələbələr üçün əla fürsət! "Azərbaycanda XXI əsrin texnoloji bankı” mövzusunda ən kreativ və innovativ layihənin müəllifi Bankın Strateji İdarəetmə və İnkişaf Departamentində işlə təmin olunacaq!

Layihəyə olan tələblər:

Azərbaycanca

DəmirBank plastik kart istifadəçilərinə PIN-Change xidmətini təqdim edib

DəmirBank plastik kart istifadəçilərinə yeni təkmilləşdirilmiş qaydada PIN-Change xidmətini təqdim edib. Bu xidmət plastik kart sahiblərinə kartın PİN şifrəsini istəklərinə uyğun yeni şifrə ilə əvəz etmək imkanı verir.

Azərbaycanca

Rabitəbank yeni Ağsu filialını istifadəyə verdi

İyunun 29-da Rabitəbank ASC-nin Ağsu rayonunda yeni filialının açılış mərasimi keçirildi. Bu, 2013-cü ilin əvvəlindən başlayaraq Bankın müştərilərinin xidmətinə verdiyi sayca ikinci yeni filialıdır.

Azərbaycanca

Rabitəbank 20 illiyini qeyd edir

1993-cü ildə əsası qoyulmuş «Rabitəbank» hazırda Azərbaycanda mikro və kiçik biznesə kreditlərin verilməsi sahəsində aparıcı banklardan biridir.

 

Azərbaycanca

«Unibank»da əmanətlərin həcmi tarixi maksimuma çatıb

 Azərbaycanın «Unibank» ASC-də fiziki şəxslərin əmanətlərinin ümumi həcmi 300 mln. manata çatıb ki, bu da tarixi maksimumdur.

Azərbaycanca

Azərbaycan Beynəlxalq Bankı MDB banklarının reytinqində irəliləyib

Rusiyanın «RİA Reytinq» reytinq agentliyi tərəfindən hazırlanan MDB ölkələrinin ən iri 100 bankın siyahısında Azərbaycan Beynəlxalq Bankı (ABB) bir pillə irəliləyərək 34-cü yeri tutub.

Azərbaycanca

Avtomobilinizin ehtiyat hissələrini BOLKART-la “Auto Azerbaijan”-da təzələyin!

Bundan belə Hyundai, Jeep, Chrysler, Peugeot, Geely, Dodge sahibləri avtomobillərinin ehtiyat hissələrini və servis xərcini Bolkart-la ödəyə bilərlər. Bu, qeyd olunan avtomobil markalarının Azərbaycandakı rəsmi distribütoru olan “Auto Azerbaijan” şirkəti ilə “Bank of Baku” arasında əldə edilmiş razılaşma sayəsində mümkün olub.

Azərbaycanca

Polislər üçün "ÇEVİK KREDİT" 2% endirimlə!

Unibank 2 iyul - Azərbaycan Polisi Günü münasibətilə, bütün daxili işlər orqanlarının əməkdaşlarını təbrik edir. Avqustun 15-dək Unibank-dan kredit götürən bu peşə sahiblərinə 2% endirim ediləcək. Kreditin maksimal məbləği 7.500 AZN, ödəniş müddəti isə 48 ayadəkdir. Üstəlik kampaniya çərçivəsində kredit götürən polislərə böyük imtiyazlar verən üzvlük kredit kartları hədiyyə ediləcək.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »