Dünyanın ən bahalı toyları açıqlanıb: 1,4 milyard dollarlıq mərasim | Banco.az

Dünyanın ən bahalı toyları açıqlanıb: 1,4 milyard dollarlıq mərasim

Müəllif: Gülnar Əhmədli, Banco.az

Mixail Qutseriyevin oğlu Səid Qutseriyev ilə Xədicə Ujakhovanın 2016-cı ildə Moskvada keçirilən dəbdəbəli toy mərasimi dünyanın ən bahalı toyları arasında ilk sırada yer alıb. Hesablamalara əsasən, mərasimin bugünkü dəyəri təxminən 1,4 milyard dollara çatır.

Banco.az xəbər verir ki, Visual Capitalist tərəfindən hazırlanan araşdırmada tarixin ən bahalı toyları bugünkü dəyərlər əsasında sıralanıb. Siyahının zirvəsində yer alan Qutseriyev ailəsinin toyu dəvətlilərdən tutmuş səhnəyə çıxan dünya ulduzlarına qədər bütün detalları ilə diqqət çəkib.

  • Xədicə Ujakhova - Səid Qutseriyev - 1,4 milyard dollar (2016)
  • Radhika Merchant - Anant Ambani - 641 milyon - 1,1 milyard dollar (2024)
  • Ledi Diana Spenser - Şahzadə Çarlz - 176 milyon dollar (1981)
  • İşa Ambani - Anand Piramal - 133 milyon dollar (2018)
  • Vanisha Mittal - Amit Bhatia - 106 milyon dollar (2004)
  • Letizia Ortiz - Şahzadə Felipe - 43-62 milyon dollar (2004)
  • Meqan Markl - Şahzadə Harri - 60 milyon dollar (2018)
  • Lauren Sançez - Ceff Bezos - 48-56 milyon dollar (2025)
  • Teylor Svift - Trevis Kelsi - 20-50 milyon dollar (2026)
  • Keyt Middlton - Şahzadə Uilyam - 49 milyon dollar (2011)

2016-cı ildə Moskvada keçirilən mərasimdə Cennifer Lopez, Sting və Enrike İqlesias səhnəyə çıxıb. Gəlin Xədicə Ujakhova üçün Elie Saab tərəfindən xüsusi "haute couture" gəlinlik hazırlanıb. Qonaqların daşınması yüzlərlə Bentley avtomobili ilə təmin edilib. Nəhəng gül kompozisiyaları və təxminən 3 metr hündürlüyündə toy tortu da mərasimin diqqətçəkən detalları arasında olub.

Dünyanın ən varlı ailələrindən biri olan Ambanilər də siyahının üst sıralarında yer alıb. Reliance Industries şirkətinin İdarə Heyətinin sədri Mukeş Ambaninin oğlu Anant Ambani ilə Radhika Merchantın günlərlə davam edən toy mərasimlərinin dəyərinin 641 milyon dollarla 1,1 milyard dollar arasında olduğu təxmin edilir. Rihanna, Castin Biber, Keti Perri və Andrea Bocelli kimi dünya şöhrətli sənətçilərin çıxışları mərasimləri qlobal gündəmə gətirib.

Siyahıda Britaniya Kral Ailəsinin toyları da yer alıb. 1981-ci ildə Şahzadə Çarlz və Şahzadə Diananın toyunun bugünkü dəyəri təxminən 176 milyon dollar hesablanır. Bundan əlavə, Şahzadə Uilyam və Keyt Middlton, eləcə də Şahzadə Harri və Meqan Marklın toyları təhlükəsizlik tədbirləri, mərasim xərcləri və qlobal yayım maliyyətləri ilə tarixin ən bahalı toyları arasında göstərilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram