Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 2,7 milyon ABŞ dolları dəyərində 3 min 751 ton pomidor idxal edib.
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,7 dəfə, kəmiyyət olaraq 2,6 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana pomidor ixrac edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrdən 13 milyon ABŞ dolları dəyərində 17 min 960 ton pomidor alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 4 % və 6 % azdır.
Hesabat dövründə Gürcüstan Türkiyədən 6,6 milyon ABŞ dolları dəyərində 9 min 230 ton, Türkmənistandan 2,2 milyon ABŞ dolları dəyərində 2 min 676 ton, İrandan 1,5 milyon ABŞ dolları dəyərində 2 min 249 ton, Rusiyadan 51,2 milyon ABŞ dolları dəyərində 39,1 ton pomidor alıb.
