Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu dəfə Expressbank-ın Expresso Standart debet kartı haqqında məlumat hazırladıq.
Kart haqqında ümumi məlumat
Kartın müddəti 4 il, qiyməti isə 10 AZN-dir. Kartı ilkin mədaxillə (300 AZN, 200 USD/EUR/GBP) pulsuz əldə etmək mümkündür. AZN valyutalı debet kart qalığına illik 6% gəlir hesablanır.
Həmçinin oxu: "Mono Eco"nun hansı üstünlükləri var? – Araşdırma
Nağdlaşdırma və s.
Bankın ATM və filiallarından nağdlaşdırma pulsuzdur. Ölkədaxili digər bankların ATM və ofislərindən nağdlaşdırma zamanı 1,5% (minimum 2 ₼/$/€/£) komissiya tutulur. Ölkəxarici digər bankların ATM və ofislərindən nağdlaşdırma zamanı isə komissiya 3% (minimum 3 ₼/$/€/£) təşkil edir.
Kartın təcili hazırlanması üçün xidmət haqqı 10 AZN, kartın təkrar emissiya edilməsi üçün xidmət haqqı isə 5 AZN təşkil edir.
Digər bank kartına onlayn mədaxil limiti 3000 AZN-dək, SMS məlumatlandırma xidməti üzrə aylıq abunə haqqı 2.5 AZN-dir.
Keşbək
Bank partnyor şəbəkələrdə alış-veriş zamanı 30%-dək keşbek qazanmaq imkanı təqdim edir.
Bizi sosial şəbəkələrdən izləyin!!
