Artıq 4-cü ildir ki, ölkəmizdə Dijital Marketinq Konfransı keçirilir.
Bu il tədbir “Mürəkkəb olmayan dünyaya keç!” şüarı ilə 12 nəfər yerli və xarici spikerlə birlikdə 800 nəfərədək marketinq mütəxəssisini bir məkanda toplayacaq. Konfransda ölçülən və effektiv marketinq alətləri, yeni ilin trendləri müzakirə ediləcək.
