“Bank Technique” ASC hazırda XXI əsrin bankçılıq fəlsəfəsi əsasında həyata keçirəcəyi quruculuq işlərinə start verib. Öz fəaliyyətində innovativlik, yüksək texnoloji xidmət, müştəri məmnuniyyəti kimi meyarları əsas götürən Bank, göstərdiyi xidmətlərlə sizin Maliyyə Agentinizə çevrilməyi hədəfləyir. Bu məqsədin həyata keçirilməsi üçün atılan addımlardan daha biri Nəsimi rayonu, Qulu Quliyev küç., 41 ünvanında yerləşən “Muğan” adlı filialın fəaliyyətə başlamasıdır.
Artıq “Bank of Baku”-nun müştəriləri kreditlərini “MilliÖN” terminallarında ödəyə bilər!
Bundan belə “Bank of Baku” və “MilliÖN” milli ödəmə sistemi ilə əməkdaşlıq sayəsində bankın müştəriləri kredit ödənişlərini respublikanın bir çox şəhərlərində yerləşdirilmiş “MilliÖN”-ə aid 1100-ə yaxın ödəniş terminallarında ödəyə biləcək.
Bolkart artıq MasterCard brendi ilə dövriyyəyə buraxılacaq!
Azərbaycanın ən geniş istifadə edilən kredit kartı olan Bolkart çox yaxında MasterCard loqosu ilə dövriyyəyə buraxılacaq və MasterCard Bolkart sahibləri MasterCard-ın bütün üstünüklərinə malik olacaq. Artıq Bolkart sahibləri yalnız ölkə daxilində deyil, eyni zamanda xaricdəki ticarət mərkəzlərində də kartları ilə alış-veriş edə bilərlər.Beləliklə, Bolkart istifadəçiləri aşağıdakı üstünlüklər əldə edəcəklər:
“Bank of Azerbaijan” ASC – ın nizamnamə kapitalı 50 mln. AZN-dək artırılmışdır
29.03.2013-cü il tarixində “Bank of Azerbaijan” ASC tərəfindən 4 700 000 (Dörd milyon yeddi yüz min) manat məbləğində əlavə səhm yerləşdirilmişdir və bununla bankın nizamnamə kapitalı 50 mln. manatadək çatdırılmışdır.
Əlavə səhmlərin yerləşdirilməsi ilə bankın səhmdarları aşağı göstərilən paylara sahibdilər:
Fiziki şəxslər:
"Bank BTB" ASC öz nizamnamə kapitalını 3,7 dəfə artırır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin verdiyi məlumata əsasən, 23 May 2013-cü il tarixində Bank BTB ASC kütləvi təklif üsulu ilə yerləşdiriləcək adi sənədli adlı səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınmışdır. (emissiyanın İSİN kodu - AZ1001009443).
“Nağsdız ödə, nağd qazan” kampaniyasında 11 130 AZN pul mükafatı qazanılıb
“AtaBank” ASC-nin 1 mart 2013-cü il tarixindən start verdiyi "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasının başladığı müddət ərzində 4 981 ədəd lotoreya bileti paylanılmış və uduş kampaniyasında iştirak edən müştərilərin lotoreya biletləri əsasında 11 130 AZN pul mükafatı qazanılmışdır. “AtaBank” ASC-nin keçirdiyi "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasında qalan lotoreya biletlərinin sayı 15 019 ədəd təşkil edir.Qeyd edək ki, lotereya kampaniyası 01 mart 2013-ci il tarixindən 31 dekabr 2013-ci il tarixinədək davam edəcəkdir.
AtaMatik Bankomat evə yaxın və rahat!
"AtaBank" ASC, vətəndaşlar üçün səyyar bankomat xidməti olan AtaMatik-i Bakı şəhər ərazisində istifadəyə verərək, sosial işçilər, müəllimlər və dövlət qulluğundakı digər işçilər, eləcə də sadə vətəndaşlara plastik kartlardan istifadədə rahatlıq təqdim edir.
“Amrahbank”ın Bərdə filialı yeni ünvanda fəaliyyətə başladı
Artıq “Amrahbank”ın Bərdə filialı H. Əliyev prospekti 110 ünvanında fəaliyət göstərəcək.
Bankın Bərdə filialının 06.06.2013 tarixdə təşkil olunmuş açılış mərasimində “Amrahbank”ın nümayəndələri ilə yanaşı yerli İcra Hakimiyyətinin, büdcə təşkilatlarının, özəl sektorun nümayəndələri, yerli sakinlər iştirak etdilər.
AGBank Ekspress-in yeni bir filialı açıldı
AGBank, pərakəndə satışlar üzrə yeni istiqaməti fəal tətbiq edərək, AGBank ekspress-in yeni bir filialını açdı. 18 Aprel 2013-cü iltarixində, əsas fəaliyyəti pərakəndə müştərilərə - fiziki şəxslərə xidmətlər göstərməkdən ibarət olan 3-cü filialın təntənəli açılış mərasimikeçirilmişdir.
Sözü gedən filialda müştərilərə həm kredit həm də qeyri kredit bank xidmətləri təklif olunur, həmçinin təcili pul köçürmələri,hesablaşma-kassa xidməti və digər xidmətlər göstəriləcəkdir.
AccessBank Caspian Cup turnirinə sponsorluq etdi
AccessBank Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən təşkil olunan 17 yaşınadək (U-17) futbolçular arasında 29 may-5 iyun tarixlərində keçirilən 3-cü beynəlxalq «Caspian Cup» futbol turnirinin keçirilməsinə təşkilati dəstək verdi.